Saytımızı qiymətləndirin


 
 

Gürcüstan sakinlərinin 80%-nin Aİ və NATO-ya üzv olmaq ideyasını dəstəkləyir
Tarix: 23-12-2021 | Saat: 08:21
Bölmə:Karusel / Region | çapa göndər

 

Gürcüstan sakinlərinin 80%-nin Aİ və NATO-ya üzv olmaq ideyasını dəstəkləyir

“Gürcüstanın Avropa İttifaqına (Aİ) və NATO-ya qoşulması ideyası respublika sakinlərinin 80%-i tərəfindən dəstəklənir və XXI-ci əsrdə təsir sferalarından danışılması tamamilə qəbuledilməzdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qəbul edəcək” fikrinə münasibət bildirərkən deyib.

“Bilirsiniz ki, NATO və Avropa İttifaqına üzvlük ideyası böyük milli dəstəyə malikdir. İllər ərzində bu dəstək 80% və ya daha çox olur. Müvafiq olaraq, artıq Gürcüstan cəmiyyətində bununla bağlı konsensus var. Gürcüstan demokratik ölkə kimi artıq özünü bu konkret məkanın bir hissəsi hesab edir və bu, ilk növbədə, Gürcüstan üçün dəyərli məsələdir”.

O, həmçinin əlavə edib ki, XXI-ci əsrdə təsir dairələri haqqında danışmaq tamamilə qəbuledilməzdir: “XXI-ci əsrdə sözdə təsir dairələri, müxtəlif dövlətlərin müstəsna zonaları və s. haqqında danışıqlar tamamilə qəbuledilməzdir. Bu, yalnız beynəlxalq sistemin sabitliyini pozmağa və dünya nizamını pozmağa xidmət edir”, - diplomat əlavə edib.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər