Saytımızı qiymətləndirin


 
 

Bakıda “Prius”la YPX toqquşdu, yaralanan var
Tarix: 24-05-2022 | Saat: 17:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda “Prius”la YPX toqquşdu, yaralanan var

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "Qafqazinfo"ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, hadisə ötən gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb: “Toyota Prius” markalı avtomobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və xidmətdə olan iki əməkdaşımız yüngül xəsarət alıblar.

Əməkdaşlarımızdan birinə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər əməkdaş isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Onun da vəziyyəti yaxşıdır və tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır”.

Qəzanın videogörüntülərini avtosfer.az-a istinadən təqdim edirik:



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər