Saytımızı qiymətləndirin


 
 

Yalan ayaq tutar, amma yeriməz
Tarix: 24-05-2022 | Saat: 12:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Laçın Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə qurumun rəhbərliyinin ünvanına söylənilən iddialar haqda açıqlama yaydı
Sosial şəbəkələrdə Laçın rayon sakini, Vətən müharibəsi iştirakçısı Namiq Süleymanovun barəsində yayımlanmış videomateriallarda Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin ünvanına səsləndilən məlumatlar heç bir fakta və sübuta əsaslanmır, bütün bunlar xüsusi qərəzçiliklə, şəxsi mənafe naminə müharibə iştirakçısı statusundan sui-istifadə olunaraq məqsədli şəkildə təşkil edilmiş, diqqəti cəlb etmək və məsələni qabartmaq üçün yayımlanmış, bütövlükdə yalan, böhtan və ifiradan ibarətdir.
Belə ki, Namiq Süleymanov müvafiq Dövlət Proqramına əsasən Ağcabədi rayonunun Taxta Körpü ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində 2020-ci ilin oktyabr ayında “Dövlətqaçqınkom”un köçürmə komissiyası tərəfindən Laçın rayon sakini Lənkəran Cabbarova verilmiş 3 otaqlı fərdi yaşayış evini qanunsuz zəbt etmiş, həmin faktla bağlı Ağcabədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(017)-1954/2021 nömrəli qətnaməsi ilə onun həmin yaşayış evindən çıxarılması qət olunmuşdur. “Dövlətqaçqınkom”un köçürmə komissiyası tərəfindən Namiq Süleymanova həmin qəsəbədə bir otaqlı fərdi yaşayış evi təkilf olunmuş, lakin o, əsaslı səbəb olmadan həmin təklifdən imtina etmişdir.
Namiq Süleymanov işlə və mənzillə təmin olunması məsələləri ilə bağlı 05.05.2022-ci il tarixdə Laçın RİH başçısı Aqil Nəzərlinin qəbulunda olmuşdur. Heç bir peşə və ixtisas təhsili olmayan Namiq Süleymanovun münasib işlə təmin olunması məsələsi ilə bağlı onun “Məşğulluq haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi-Zəngəzur Regional Məşğulluq filialına müraciət etməsi tövsiyə olunmuş, Laçın RİH-nin mənzil fondu olmadığından onun mənzillə təmin olunması məsələsi ilə bağlı ona müvafiq izahat və düzgün istiqamət verilərək, bu məsələnin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi prosesinin Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirildiyi bildirilmişdir.
Namiq Süleymanovun işlə təmin olunmamasına və mənzillə təmin edilməməsinə etiraz əlaməti olaraq, 21.05.2022-ci il tarixdən azğını tikərək aclıq aksiyası keçirməsi barədə onun qardaşı Süleymanov Novruz Arif oğlunun 22.05.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə vermiş olduğu məlumat Laçın Rayon Polis Şöbəsinin icraatına verilmişdir. Həmin faktla bağlı hazırda Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.
Vəziyyətlə əlaqədar 22.05.2022-ci il tarixdə “Dövlətqaçqınkom”un köçürmə komissiyası tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(017)-1954/2021 nömrəli qətnaməsinin icrasının müvəqqəti təxirə salınması təklif olunsada, o bundan imtina edərək, evin orderinin dəyişdirilərək yalnız onun öz adına verilməsini təkidlə tələb etmişdir.
Məlumat üçün bildiririk ki, Namiq Süleymanov 2017-ci ildən 2021-ci ilin sentyabr ayınadək Azərbaycan Silahlı Qüvvələrinin “n” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışmış və öz arzusu ilə 2021-ci ilin sentyabr ayında xidmətdən xaric edilmişdir.
Laçın RİH öz şəxsi mənafeyi naminə müharibə iştirakçısı statusundan sui-istifadə edərək belə xoşagəlməz hərəkətlərə bilərəkdən yol verən, bu şikayətində haqsız olan Namiq Süleymanovun qanunazidd hərəkətlərindən təəssüfləndiyini bildirir.



Xəbəri paylaş

1498 dəfə oxunub.

Digər xəbərlər