Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Fələstinə və İsrailə səfər edəcək.
Qarabaginfo.az TRT-yə istinadla xəbər verir ki, Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin 2010-cu ildə iki ölkənin diplomatik idarələri arasında yaradılmış birgə komitəsinin iclasında iştirak edəcək. O, həmçinin fələstinli həmkarı Riyad əl-Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq.
Həmin gün Çavuşoğlu İsrailə gedəcək və orada xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparacaq. Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Türkiyə XİN rəhbərinin İsrailə səfəri son 15 ildə ilkdir.
Çavuşoğlu daha əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, İsrailə səfəri zamanı səfirlərin geri qaytarılması və iki ölkə arasında münasibətlərin tam normallaşması məsələsinin müzakirəsi planlaşdırılır.