Tarix: 23-04-2020 | Saat: 16:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, "ASAN xidmət" xüsusi karantin rejimində də vətəndaşların daim yanında olduğunu əks etdirən videoçarx hazırlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, videoçarxda "ASAN xidmət"in müxtəlif struktur bölmələrinin əməkdaşlarının 9108 Çağrı Mərkəzi vasitəsilə evlərindən də vətəndaşların müraciətlərini cavablandırdıqları nümayiş olunub.
Əməkdaşlar vətəndaşların suallarını cavablandırmaqla bərabər, həm də onlara karantin rejimi qaydalarını xatırladırlar.
Qeyd edək ki, vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla Çağrı Mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təchiz ediliblər.
Digər xəbərlər