Saytımızı qiymətləndirin


 
 

“ABŞ Bakı və İrəvana yardım etməyə hazırdır“ - Ned Prays
Tarix: 21-05-2022 | Saat: 13:15
Bölmə:Karusel / Region | çapa göndər

“ABŞ Bakı və İrəvana yardım etməyə hazırdır“ - Ned Prays

'Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycana münasibətlərin normallaşdırılmasında yardımı davam etdirməyə hazırdır'.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“ABŞ Ermənistan və Azərbaycan arasında dialoqu alqışlayır. Bu kontekstdə biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq. Bu dialoqu davam etdirməyə, tərəfləri diplomatik fəaliyyətlərini intensivləşdirməyə, mövcud birbaşa əməkdaşlıq mexanizmlərindən yararlanmağa, Dağlıq Qarabağ münaqişəsi və ya hər hansı sonrakı potensial problemlərə hərtərəfli həll yolları axtarmağa, eləcə də onların sülh yolu ilə həllini aşağıdakı vasitələrlə yekunlaşdırmağa çağırırıq.

Biz bu prosesə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistan və Azərbaycana dəstək verməyə hazırıq”.



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər