Saytımızı qiymətləndirin


 
 

Dövlət əmlakının icarəsindən büdcəyə 28 milyon manatdan çox vəsait köçürülüb
Tarix: 18-10-2024 | Saat: 17:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Cari ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində torpaq sahəsinə dair 2571 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 23 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3030 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 21 faiz artıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artım qeydə alınıb.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər