"Türkiyə İsveç və Finlandiyanın alyansa qoşulmaq siyasəti və mövqeyinə görə NATO-dan çıxarılmalıdır".
Qarabaginfo.az "TVP World"a istinadla xəbər verir ki, bunu Yaxın Şərq Forumunun prezidenti, tarixçi və şərqşünas Daniel Pips bildirib.,
O, Ankaranın hərəkətini “şantaj” adlandırıb.
Şərqşünasın sözlərinə görə, Türkiyə hərbi ittifaqı genişləndirməyə razılıq vermək müqabilində özü üçün üstünlüklər barədə danışıqlar aparmağa çalışır. Eyni zamanda, ekspert son 20 ildə Türkiyənin beynəlxalq siyasətinin bütün sahələrini tənqid edib.
"1952-ci ildən 2002-ci ilə qədər Türkiyə NATO-nun çox yaxşı, amma son 20 ildə çox pis müttəfiqiolub. Hətta müttəfiq də deyil. Ankara Yunanıstan kimi NATO üzvlərinə düşmən siyasət aparır, Suriyanı işğal edib, Avropanı təhdid edib. Suriyalı miqrantlarla birlikdə Rusiya üçün S-400 kompleksləri alır”, - deyə Pips vurğulayıb.
O, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı siyasəti və mövqeyinə görə Türkiyənin artıq alyansın bir hissəsi olmadığı qənaətindədir:
"Türkiyəni NATO-dan çıxarmağın vaxtı çatıb. Qoy Rusiya, Çin və İrana getsin. Sağ olsunlar".