Tarix: 21-04-2020 | Saat: 11:58
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-mart ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.
Qarabaginfo.az Dövlət Statistika Komitəsindən APAverilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya Quba-Xaçmaz (4,8%) və Yuxarı Qarabağ (4,8%), ən aşağı inflyasiya isə Naxçıvan iqtisadi rayonunda (2%) qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4% təşkil edib.
Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101%, əvvəlki ilin mart ayına nisbətən 103,3% olub.
Azərbaycan iqtisadi rayonlarının istehlak qiymətləri indeksi:
|
№ |
2020-ci ilin yanvar ayı 2019-cu ilin yanvar ayına nisbətən, % |
2020-ci ilin mart ayı 2020-cu ilin fevral ayına nisbətən, % |
|
1 |
104,8 |
102,1 |
|
2 |
104,8 |
101,4 |
|
3 |
104,2 |
101,5 |
|
4 |
104,2 |
101,2 |
|
5 |
104,2 |
101,1 |
|
6 |
104,1 |
100,9 |
|
7 |
104,0 |
101,0 |
|
8 |
104,0 |
101,2 |
|
9 |
102,0 |
101,2 |
Nərmin Rəhimova
Digər xəbərlər

















