Saytımızı qiymətləndirin


 
 

Dini qurumların ianəni bank kartı ilə almasına dair layihə qəbul olunub
Tarix: 25-02-2022 | Saat: 15:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dini qurumların ianəni bank kartı ilə almasına dair layihə qəbul olunub

Milli Məclis Azərbaycanda dini qurumlara ianə edilmiş pul vəsaitlərinin plastik kart və elektron ödəmə sistemləri vasitəsilə almasına dair layihəni qəbul edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər".

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər