Tarix: 18-05-2022 | Saat: 00:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakıda baş verən yanğın zamanı yanğınsöndürənlər arasında xəsarət alan olmayıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Əkbər Novruzov deyib.
O qeyd edib ki, yanğın haqqqında məlumat saat 22.29-da daxil olub. Dərhal hadisə yerinə Yasamal rayonu Dövlət Yanğından Mühafizə hissəsi və onun bölmələri cəlb olunub. Bina üçmərtəbəli taxta konstruksiyalı olduğundan yanğlının yayılma təhlükəsi olduğu üçün ikinci mürəkkəblik dərəcəsi üzrə çağırış elan olunub və dərhal hadisə yerinə FHN-in digər qüvvə və vasitələri də cəlb olunub. Yanğının söndürülməsinə 18 texnika, 92 nəfər şəxsi heyət cəlb olunub. Yanğın 35 dəqiqə ərzində lokallaşdırılıb. Yanğın söndürülərkən binada olan 7 nəfər təxliyə olunub. Yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər mənzildə 1 qadın meyiti aşkar ediblər. Yanğın sahəsi təxminən 75 kvadrat metrdir. Hadisə nəticəsində yanğınsöndürənlər arasında xəsarət alan olmayıb.
Digər xəbərlər