Saytımızı qiymətləndirin


 
 

Barama subsidiyası və yaş baramanın fermerlərdən alış qiyməti artırılıb
Tarix: 11-03-2022 | Saat: 17:48
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İnam Kərimov

 

Qax rayonunda "Barama-2022: Qarşıda duran vəzifələr" mövzusunda respublika müşavirəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Qarabaginfo.az-a  verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib.

"Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənələri və böyük potensialı var. Bu sahənin inkişaf etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Cənab Prezidentin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında "Azəripək" MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar", - İ. Kərimov qeyd edib.

Nazir bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər