Tarix: 29-07-2024 | Saat: 11:28
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu barədə onun “X” hesabında məlumat verilib.
Britaniyanın ən tanınmış sağçı fəallarından olan 41 yaşlı jurnalist terrorçuluq ittihamı ilə həbs edilib.
“The Guardian”ın məlumatına görə, o, Londonun mərkəzində böyük nümayiş təşkil etdikdən bir gün sonra Kent qraflığında həbs olunub. Bildirilir ki, Robinsonun təşkil etdiyi tədbir çərçivəsində şənbə günü minlərlə insan şəhərdə yürüş keçirib.
Qeyd edək ki, əsl adı Stiven Yaksli-Lennon olan Tommi Robinson dəfələrlə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə qarşı təxribata çağırıb, yerli erməni və ermənipərəst təşkilatları dəstəkləyib. O bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin “Holland Park” ərazisində yerləşən Azərbaycanın Londondakı Səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb.
Digər xəbərlər