"Rusiya ordusu Sxinvalidə - Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb...”
Tarix: 16-05-2022 | Saat: 14:48
Bölmə:Karusel / Region | çapa göndər
1407 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2022 | Saat: 14:48
Bölmə:Karusel / Region | çapa göndər
“Putinin Ukraynanı ələ keçirmək və ilin sonuna qədər, demək olar ki, keçmiş ittifaqın bütün respublikalarını ələ keçirmək kimi çox sadə planı var idi...”
“Birincisi, Gürcüstanın növbəti olacağı fikri ilə razı deyiləm Növbəti Gürcüstan olmayacaq, paketdə Gürcüstan var. Növbəti Polşa, Baltikyanı ölkələrdir və biz paketin içindəyik. Belə deyək... Orada biz, Moldova və KTMT-də müttəfiq sayılan bütün digər ölkələr bitərəf hesab edilir - hamısı paketlə gedəcək. Dekabrda SSRİ-nin yaranmasının 100 illiyi ilə bağlı yeni ittifaq müqaviləsi imzalamaq üçün Putinin Ukraynanı ələ keçirmək və ilin sonuna qədər, demək olar ki, keçmiş ittifaqın bütün respublikalarını zəbt etmək kimi çox sadə planı var idi. Onlar daim tarixi yenidənqurmalarla məşğuldurlar axı... Siz ki, başa düşürsünüz...”
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri müstəqil gürcü ekspert, Gürcüstan strateji analitik mərkəzinin analitiki Gela Vasadze Ukraynanın “NV” radiosuna müsahibəsində “Yəqin, bilirsiniz ki, Ukraynada, Ukrayna tərəfində çoxlu gürcü döyüşür. Orada təlimatçılar da var. Və Ukrayna cəmiyyətində belə bir qənaət var ki, Ukrayna uduzsa, növbəti Gürcüstan olacaq” fikrinə münasibət bildirərkən ifadə edib.
“Cəmiyyətin bunu başa düşməsinə gəlincə, o da var. Amma eyni zamanda Gürcüstanın aktiv siyasət yürütməsinin əleyhdarları bunları deyirlər: İndi Ukraynada müharibə gedir; uduzsalar, növbəti biz olacağımız aydındır. Müharibə birdən dayanarsa və növbəti qurban olaraq biz seçiləriksə? Yəni uduzan Ukrayna olmayacaq, amma deyək ki, hansısa atəşkəs razılaşması bağlana bilər və bu dəfə biz Rusiyanı qıcıqlandırdığımızdan növbəti qurban biz olarıq. Fəqət, bizim nə o boyda ərazimiz, nə o sayda əhalimiz, nə də Amerika silahlarımız var. Bizdə praktiki olaraq heç nə yoxdur” –açıqlamasının davamında bunları söyləyən müstəqil analitik Qarabağdan da danışıb.
“Ona görə də cəmiyyətin nəzərində bizim tərəfdən səslənən çağırışların elə bir dominantlığı yoxdur. Və başqa bir çox vacib məqam. Onlar cəmiyyətə təlqin etməyə başladılar ki, Ukrayna Gürcüstandan ikinci cəbhə açmağı tələb edir. Bu, cəfəngiyatdır. Çünki heç kim ikinci cəbhədən danışmır, aktiv mövqedən danışır. Amma bir neçə dəfə "ikinci cəbhə" sözləri eşidilib. İnsanlar burada vəziyyəti həqiqətən başa düşmürlər. Çünki birincisi, heç kim texnikanı çıxarmayıb. Yayılmış rəylərin əksinə olaraq Rusiya qoşunları Gürcüstanı tərk etməyib. Onlar hələ də Sxinvalidə(Cənubi Osetiyanın paytaxtı-S.L.) dayanırlar. Və onlar orada Donbasda lazım olduqları üçün durmurlar, Qarabağda hərc-mərclik başlayar deyə dayanırlar. Bax, o vaxt ruslar oraya dəhliz açmağa başlayacaqlar”- deyə gürcü ekspert bildirib.
“Və bütün bunlar birlikdə, deyək ki, cəmiyyətin ümumi durumunu müəyyən edir. Cəmiyyətimiz kəskin qütbləşib. Saakaşvilinin tərəfdarları var, "Arzu" tərəfdarları da var. Düzdür, onlar dövlət əməkdaşlarıdır, amma yenə də... Həm də insanlar var ki, əsasən garagüruhdurlar, heç nəyə inanmırlar. Və həmin qaragüruha da təsir etmək asandır..."- deyə Gela Vasadze əlavə edib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
27-09-2024, 14:28
Bakıda güclü yanğın: prospekt bağlandı, əraziyə təcili yardım göndərildi
10-12-2021, 13:00
Şənbə gününün HAVA PROQNOZU
15-05-2024, 19:34
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
23-01-2023, 11:32
AzTV sədrinin sabiq müavininə yeni vəzifə verildi
6-04-2022, 15:51
Brüssel görüşü: Əliyevin planı nədir? - TƏHLİL
26-07-2022, 12:14
KİV: "Banklar Rusiyadan İsrailə kömək istəyənləri hədələyir"
14-10-2022, 23:18
NATO nüvə təlimləri keçirəcək
8-04-2022, 22:51
Rəşad Nəbiyev Sabirabadda cüdoçularla görüşüb
29-09-2022, 19:44
Şimali Koreya üçüncü dəfə raket atdı