Saytımızı qiymətləndirin


 
 

“Putinin təkəbbürünü məhv etmək lazımdır”- MKİ rəhbəri
Tarix: 19-04-2024 | Saat: 13:52
Bölmə:Karusel / Dünya | çapa göndər

“Ukraynaya dəstək Rusiya ilə müharibədən daha böyük bir şeydir”.

Qarabaginfo.az xəbər verir ki, bunu MKİ rəhbəri Uilyam Börns deyib.

“Söhbət həm də Çin lideri Si Cinpdən, onun ambisiyalarından və Hind-Sakit okean regionundakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan, rəqiblərimizin qətiyyətimizi dərk edib-etməməsindən gedir”, – Börns bildirib.

Onun sözlərinə görə, hərbi yardım Ukrayna qüvvələrinə 2024-cü ilin sonuna qədər duruş gətirmək, həmçinin Putinin zamanın onun tərəfində olduğuna dair təkəbbürlü inamını məhv etmək üçün əlavə təkan verəcək.

Daha əvvəl Ukrayna lideri Vladimir Zelenski Rusiya ordusunun cəbhədə bizə təzyiqi artırdığını və tədricən irəlilədiyini bildirib.



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər