Tarix: 16-05-2022 | Saat: 07:25
Bölmə:Karusel / Dünya | çapa göndər
Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikovla telefon danışığı aparıb.
Qarabaginfo.az xəbər verir ki,bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib.
Telefon danışığı zamanı Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə mayın 13-də söhbətini ukraynalı həmkarı Reznikova danışıb.
Məlumata görə, Ostin və Reznikov Ukraynadakı hərbi əməliyyatı və Kiyevin silahlanma ehtiyaclarını müzakirə ediblər.
“Ostin mayın 13-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığında Ukraynadakı münaqişəyə dərhal son qoymağa çağırıb və kommunikasiya kanallarının saxlanmasının vacibliyini vurğulayıb. Nazir Ostin ABŞ-ın Ukraynaya dəstəyini davam etdirdiyini bir daha təsdiqləyib”,- deyə məlumatda bildirirlib.
Nazirlər Ukraynanın təhlükəsizliyi üçün yardım göstərilməsinin vacibliyini qeyd edib və sıx təmasları davam etdirməyə söz veriblər.
Digər xəbərlər