Saytımızı qiymətləndirin


 
 

Ukrayna ordusu Xarkov istiqamətində əks-hücuma keçib
Tarix: 14-05-2022 | Saat: 17:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna ordusu Xarkov istiqamətində əks-hücuma keçib

“İzyum istiqaməti regionda hələ də ən qaynar nöqtə olaraq qalır, lakin Ukrayna Silahlı Qüvvələri orada əks-hücuma keçib və uğurlar əldə edib”.

Qarabaginfo.az “Ukranews.com” saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında paylaşıb.

“İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayıb, düşmən bəzi istiqamətlərdə geri çəkilir. Bu, Silahlı Qüvvələrimizin əzminin nəticəsidir. Biz qalib gələcəyik”, - deyə Sinequbov bildirib.

Qeyd edək ki, Ukrayna rəsmiləri vətəndaşları minalar səbəbi ilə azad edilmiş kəndlərə qayıtmamağa çağırıb. Məlumata görə, Rusiya qüvvələri ötən gün ərzində Xarkovu atəşə tutmayıb və diqqətini əsasən cəbhədəki əməliyyatlara cəmləyib.



Xəbəri paylaş

1968 dəfə oxunub.

Digər xəbərlər