Saytımızı qiymətləndirin


 
 

Şimal Buzlu Okeanı “buzsuz” qalacaq- Alimlər vaxt qoydu (ARAŞDIRMA)
Tarix: 06-03-2024 | Saat: 15:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Şimal Buzlu Okeanı yaxın illərdə dəniz buzundan məhrum ola bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “News Week” jurnalı yazıb.

Kolorado Boulder Universitetinin tədqiqatçıları bu prosesin proqnozlaşdırılandan 10 il əvvəl baş verəcəyi barədə xəbərdarlıq ediblər. Səbəb kimi də iqlim dəyişikliyi göstərilib.

Alimlərə görə, dəniz buzlarının itirilməsinin əsas səbəbinin istixana qazı emissiyalarıdır. Buz örtüyünün itirilməsi okeanın günəş işığından daha çox istiliyi udmasına imkan verir, bu da Arktikada buzların daha da əriməsinə gətirib çıxarır.

Təbii ki, bu, Arktikada buzun ümumiyyətlə, olmayacağı anlamına gəlmir. Bu, okeanın buz örtüyünün sahəsinin 386.000 kvadrat mildən (621 min kv.km) az olduğu hallara aiddir. Məsələn, son illərdə Şimal Buzlu Okeanın sentyabr ayında minimum dəniz buzunun həcmi 1.274.000 kvadrat mil olub.

Gündəlik dəniz buz örtüyünün gələcəkdə necə dəyişəcəyini öyrənmək üçün alimlər həm keçmiş tədqiqatlara, həm də kompüter iqlim modellərini nəzərdən keçiriblər. Buz örtüyünü əvvəklilərdən fərqli olaraq aylıq yox, gündəlik hesablayıblar. Nəticədə, buz örtüyü itkisinin düşünüldüyündən təxminən 4 il əvvəl baş verəcəyi proqnozlaşdırıblar.

Bütün ssenarilərə əsasən, Şimal Buzlu Okeanının ya bu, ya növbəti onillikdə avqustun sonu və ya sentyabrın əvvəlində ilk dəfə buzdan təmizlənəcəyini proqnozlaşdırıblar.

O da məlum olub ki, buzsuzluq yalnız avqust və oktyabr ayları arasında baş verəcək. Lakin emissiyalar artarsa, əsrin sonuna qədər Arktika ildə doqquz aya qədər buzsuz qala bilər.

Tədqiqatçılara görə, bu, Arktikada tamamilə fərqli mühitə yaradacaq: bəyaz Arktika mavi Arktikaya çevriləcək.
Bu yaxınlarda aparılan bir araşdırmaya görə, Şimal Buzlu Okeanında istiləşmə gözləniləndən onilliklər tez başlayıb.

İqlim dəyişikliyi səbəbindən istiləşmə vəziyyəti daha da pisləşə bilər. Alimlərə görə, Arktika planetin qalan hissəsindən üç dəfə daha sürətlə istiləşir. Bu, qütb bölgəsində buzların əriməsinə, bu da öz növbəsində qlobal dəniz səviyyəsinin artmasına səbəb olur.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər