Saytımızı qiymətləndirin


 
 

Prezidentin sərəncamı ilə bu qədər hərbçi TƏLTİF EDİLDİ
Tarix: 07-11-2023 | Saat: 14:57
Bölmə:Karusel / Manşet | çapa göndər

 

Prezidentin sərəncamı ilə bu qədər hərbçi TƏLTİF EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.

 

Sərəncama əsasən 5 nəfər “Qarabağ”, 30 nəfər “Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Rəşadət”, 6 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

 

Sərəncamla daha bir qrup hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

 


Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər