Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıldı
Tarix: 14-04-2020 | Saat: 17:36
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Gürcüstanda aprelin 21-dək elan olunan fövqəladə vəziyyətin müddəti mayın 10-na qədər uzadılıb.

Qarabaginfo.az xəbər verir ki, bunun “Report”un yerli bürosuna Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 15-dən saat 21:00-dan başlayaraq Tbilisi, Rustavi, Batumi və Kutaisi şəhərlərinə giriş-çıxış 10 gün ərzində qadağan olunacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək 296 nəfər koronavirusa yoluxub. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Qonşu ölkədə martın 31-dən ümumi karantin elan olunub. Xüsusi rejim çərçivəsində saat 21:00-dan 06:00-dək komendant saatı da tətbiq edilir. 



Xəbəri paylaş

415 dəfə oxunub.

Digər xəbərlər
15-11-2021, 10:04 Bu gündən istilik verilir