Tarix: 01-10-2020 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
ABŞ ictimaiyyətinin diqqətini təcavüzkar Ermənistanın bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsinə cəlb etmək məqsədilə bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network) məktub kampaniyasına başlayıb.
Diasprola İş üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, məktubda Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı müharibənin başlamasından sonra ABŞ-ın strateji müttəfiqi olan Azərbaycanda hərbi vəziyyət elan olunduğu bildirilib.
Qeyd olunub ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşdirilmiş dəstələri Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca mövqelərini və cəbhə xəttinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı hücuma başlayıblar. Şiddətli atəş nəticəsində mülki şəxslərin öldürülüb ki, onların arasında bir ailənin beş üzvü və məktəbli şagirdlər də var.
Digər xəbərlər