Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Strasburqa səfəri çərçivəsində Avropa Şurası Yerli və Ərazi Hakimiyyətlər Konqresinin sədri Kuls Markla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, tərəflər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Mirzoyan Marka Ermənistanın Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə dair baxışını və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əsas məsələlər üzrə mövqeyini təqdim edib.