Tarix: 12-05-2022 | Saat: 19:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazırdır.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Düşənbədə keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib.
Azərbaycanın xarici işlər naziri çıxışında vurğulayıb ki, bu görüş əldə edilə biləcək tərəqqinin müzakirəsi üçün yaxşı fürsətdir. Eyni zamanda o, təəssüfləndiyini bildirib ki, indiyədək regionda nəqliyyat kommunikasiyalarının açılması işində lazımi irəliləyiş yoxdur.
“Mən bilirəm ki, həmkarlar arasında təmaslar davam edir. Hesab edirik ki, nəticələr əldə etmək və üçtərəfli bəyanatların tam icrasına nail olmaq üçün yaxşı perspektiv, yaxşı imkan var.
Son zamanlar dövlət sərhədinin delimitasiyası prosesinin başlanması baxımından kifayət qədər intensiv əlaqələrimiz var. Hesab edirəm ki, delimitasiya məsələləri üzrə komissiyada yaxşı irəliləyişlər, tərəflərin tərkibi və təmsilçiliyi baxımından anlaşma var. Eləcə də hesab edirəm ki, yaxın vaxtlarda, ən azı, bu prosesə başlamaq mümkün olacaq”, - Azərbaycan XİN başçısı vurğulayıb
Ceyhun Bayramov qeyd edib ki, Bakı öz növbəsində sülh müqaviləsi üzərində işə başlamağa hazırdır: “Bununla belə, nazirlərin görüşü, tərəflər arasında təmasların qorunub saxlanması bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”.
Digər xəbərlər