Saytımızı qiymətləndirin


 
 

Putin Ərdoğanla görüş vaxtını AÇIQLADI
Tarix: 14-12-2023 | Saat: 14:21
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Putin Ərdoğanla görüş vaxtını AÇIQLADI

 

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərq bölgəsindəki rolundan danışıb.

Qarabaginfo.az xəbər verir ki, Putın Fələstinin Qəzza bölgəsindəki vəziyyətin nizamlanması və sülhün bərpa edilməsi istiqamətində Ərdoğanın lider kimi mühüm rolu oynadığını vurğulayıb və onun atdığı addımları yüksək qiymətləndirib.

Vladimir Putin Qəzzada baş verənləri “fəlakət” adlandırıb.

“Mən Türkiyə prezidentinin Qəzzada vəziyyətin bərpasında mühüm, aparıcı rolunu qeyd etmək istərdim”, - deyən Putinin sözlərinə görə, Ərdoğan beynəlxalq ictimaiyyətin bu faciəyə diqqət yetirən və vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər şeyi edən liderlərindən biridir.

O qeyd edib ki, Qəzzadakı vəziyyətlə əlaqədar daim Ərdoğanla təmasdadır.

Rusiya prezidenti bildirib ki, gələn ilin əvvlərində Ədoğanla görüşməyi planlaşdırıb.

Onun sözlərinə görə, Türkiyə Prezidentinin iş qrafiki görüşün daha tez baş tutmasına imkan vermir.

"Prezident Ərdoğanla mən bu məsələlərlə bağlı daimi təmasdayıq. Çox oxşar mövqelərimiz var. Düşünürəm ki, onunla görüşə biləcəyik, bunu yaxın vaxtlara planlaşdırmışam. Deyə bilərəm  - burada heç bir sirr yoxdur: Prezident Ərdoğanın qrafikinə görə bu görüş baş tutmadı, halbuki mən Türkiyəyə uçmağa hazır idim.
Biz bəlkə də gələn ilin əvvəlində bu səfəri həyata keçirməyə razılaşdıq".



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər