Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova Türkiyəyə gedir
Tarix: 07-01-2023 | Saat: 11:37
Bölmə:Karusel | çapa göndər

Sahibə Qafarova Türkiyəyə gedir

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.

Bu barədə Qarabaginfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.



Xəbəri paylaş

141 dəfə oxunub.

Digər xəbərlər