Saytımızı qiymətləndirin


 
 

"Arsax Azərbaycanın tərkibində olmayacaq, Ermənistan isə türkləşdirilməyəcək" - Saqatelyan ÇƏRƏNLƏDİ
Tarix: 12-05-2022 | Saat: 11:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Müxalifət Ermənistanda ikili hakimiyyətə nail olmaq istəyir. 

Qarabaginfo.az xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan @SputnikArmenia-ya deyib. O bildirib ki, itaətsizlik aksiyaları bu gündən bərpa olunacaq. İndi qərarsız insanlar üçün mübarizə gedir, məhz onlar üçün müxalifət gələcək müvəqqəti hökumətin fəaliyyət planını dərc edib.

“Müqavimət” hərəkatının liderlərindən biri, parlamentin vitse-spikeri İşxan Saqatelyan mitinqdə bildirib ki, aksiyaların və onların iştirakçılarının sayı daha da artacaq.

Avtomobil yürüşləri davam edəcək, ondan sonra şəhərin müxtəlif yerlərində piketlər olacaq. Bu gün saat 16.00-da “Müqavimət” tərəfdarları Fransa meydanına toplaşacaq.

Müxalifət bu gün meriya ilə olduğu kimi, növbə ilə dövlət qurumlarını bloklayacaq. Üstəlik, vəziyyət dəyişməsə, bu cür blokadaların sayı artacaq.

Saqatelyan vurğulayıb ki, hərəkatın prioriteti dəyişməyib.

“Arsax Azərbaycanın tərkibində olmayacaq, Ermənistan isə türkləşdirilməyəcək”, – Saqatelyan çərənləyib.

Eyni zamanda o, regionda Rusiya sülhməramlılarının missiyasının vacibliyini qeyd edib.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər