İsraildə yaşayan məşhur rusiyalı müğənni Alla Puqaçova həmkarı Stas Mixaylovun tənqidlərinə cavab verib.
Qarabaginfo.az xəbər verir ki, Puqaçova “Rusiyaya qayıdıb diz çökəcəklər” deyən Mixaylovu axmaq adlandırıb.
“Sənə nə olub? Mənəm, səsi olmayan qoca Alla Puqaçova? Hə, qarşında diz çökərdim, amma ayaqlarım o ayaqlar deyil. Nədən qorxursan? Normal insanlar ora qayıtmayacaqlar, buna görə də davam edin, bacardığınız qədər pul qazanın. Qayıtsam, vallah, düşündüyümü deyəcəm”, – Puqaçova deyib.
Mixaylov “Komsomolskaya Pravda”ya müsahibəsində Rusiya haqqında mənfi fikir səsləndirən sənətçilərin davranışını yanlış adlandırıb. Onun fikrincə, uğurlu insanlar bu cür danışa bilməzlər. Onlar başa düşməlidirlər ki, Rusiya onları əhəmiyyətli və tanınan insanlar edib. O əlavə edib ki, sonda onlat diz çöküb, Rusiyanın yanında dayanıb onun ayaqlarından öpəcəklər.