Saytımızı qiymətləndirin


 
 

Müdafiə Nazirliyi: "Kəlbəcər, Laçın və Daşkəsəndə 334 km-dən çox yeni təminat yolu çəkilib"
Tarix: 19-12-2022 | Saat: 10:31
Bölmə:Manşet / Qarabağ | çapa göndər

Oxu.az - Kəlbəcərin qarlı yollarını bir də belə görün - VİDEO

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində cari il ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində mürəkkəb relyefli, o cümlədən çətin keçilən ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 334 km-dən çox yeni təminat yolu çəkilib.

Bu barədə Qarabaginfo.azMüdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər
23-02-2022, 10:21 Xalq artisti vəfat etdi