Saytımızı qiymətləndirin


 
 

Rövşən Əsgərovdan Rusiya DİN-in elanına cavab gəldi
Tarix: 11-05-2022 | Saat: 15:18
Bölmə:Karusel / Region | çapa göndər

2022/05/1ccb4-1652267047.jpg

"Bu halda nə demək olar ki?! Onlar açıq-aydın şəkildə lazım olan işlə məşğul olmurlar".

Qarabaginfo.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Rövşən Əsgərov bildirib.

O, Rusiya Daxili İşlər Nazirliyinin özü barədə axtarış elan etməsinə bu cür rəy bildirib.

Xatırladaq ki, "Çto? Qde? Koqda?" (“Nə? Harada? Nə vaxt?") intellektual oyununun iştirakçısı olmuş Rövşən Əsgərov haqqında nazirliyin məlumat bazasına belə bir informasiya yerləşdirilib: “Axtarış üçün əsas: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.

Məlumatda söhbətin hansı maddədən getrdiyi qeyd olunmur.

Bundan əvvəl Rusiya Federasiyasınınm İstintaq Komitəsi Rövşən Əsgərova qarşı CM-in 4-cü hissəsinin 354.1-ci maddəsinə əsasən (Nasizmin reabilitasiyasına görə) cinayət işi açmışdı.

İstintaq Komitəsi müəyyən edib ki, "Əsgərov aprelin 6-da sosial şəbəkədə Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini gözdən salan yalan məlumat yayıb".

"Əsgərov “Nə? Harada? Nə vaxt?" oyununda iştirak etmir və Rusiyanı çoxdan tərk edib", - deyə aprelin sonunda "İgra-TV" televiziya şirkətinin mətbuat xidmətinin rəhbəri Viktoriya Selivanova "RIA Novosti"yə bildirmişdi.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər