Saytımızı qiymətləndirin


 
 

Pensiya yaşını keçmiş icra başçıları - Adlar
Tarix: 03-08-2022 | Saat: 12:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Pensiya yaşını keçmiş icra başçıları - Adlar2018-ci ildə keçirilən prezident seçkisindən sonra hakimiyyətin başlatdığı kadr dəyişiklikləri ilk olaraq pensiya yaşı çatmış məmurların karyerasına son qoydu. Baş nazirlərin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə başlayan proses daha sonra demək olar ki, bütövlükdə hakimiyyət komandasını əhatə etdi. 

Həmin dövrdə pensiya yaşına çatmış icra başçılarından da bəziləri işdən çıxarıldılar. Lakin pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onların sayı az deyil.

Qarabaginfo.az “Qaynarinfo”ya istinadən həmin icra başçılarının siyahısını təqdim edir:

Samux rayonunun icra başçısı Alı Qocayev - 1947-ci ildə anadan olub, 75 yaş.

Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 75 yaş.

Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 71 yaş.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 70 yaş.

Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 69 yaş.

Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 69 yaş.

Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 68 yaş.

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 68 yaş.

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 68 yaş.

Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 67 yaş.

Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 66 yaşı var.

Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 65 yaş.

Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 69 yaş.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər