Saytımızı qiymətləndirin


 
 

Putin niyə Ukraynanı məğlub edə bilmədi? - Kəşfiyyat məlumatı
Tarix: 10-05-2022 | Saat: 14:26
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya ordusu düşməni ciddi şəkildə qiymətləndirmədiyi üçün mayın 9-dək Ukraynada böyük qələbə qazandığını elan edə bilmədi.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Rusiyanın Ukraynanın müqavimətini lazımi səviyyədə qiymətləndirməməsi açıq-aşkar əməliyyat səhvlərinə gətirib çıxardı və prezident Putinə 9 May paradında Ukraynada mühüm hərbi uğur elan etməyə mane oldu”.


Britaniya kəşfiyyatı hesab edir ki, Rusiyanın işğal planı “məhdud müqavimətlə qarşılaşacağı və əraziləri sürətlə mühasirəyə alıb zəbt edə biləcəyinə dair yanlış fərziyyəyə əsaslanırdı”.


"Bu səhv hesablama böyük itkilərə və sonradan Rusiyanın əməliyyat planının zəifləməsinə səbəb oldu", - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.(Modern.az)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər