Saytımızı qiymətləndirin


 
 

Ermənilərlə növbəti görüş Bakı və Gəncədə ola
Tarix: 01-03-2023 | Saat: 16:12
Bölmə:Karusel / Qarabağ / Cəmiyyət | çapa göndər

Ermənilərlə növbəti görüş Bakı və Gəncədə ola bilər

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

 

Modern.az bildirir ki, martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

 

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və vətəndaşlarımız olan erməni sakinlərlə praktiki təmaslara başlanılacağı bildirmişdi. Xocalı keçirilən görüş daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür.

 

Ehtimal olunur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər