Saytımızı qiymətləndirin


 
 

Heyvanlarla bağlı yeni qanunlar HAZIRLANIR
Tarix: 06-05-2022 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Heyvanlarla rəhmsiz davranışa görə cəzalar sərtləşdirilməlidir". 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova "Ekspert saatı"nda məlumat verib.

 

Nazirlik rəsmisi bildirib ki, bununla əlaqədar qanunvericiliyə dəyişikliklər hazırlanır:



"Yeni qanunların hazırlanmasına başlamışıq. Statistikaya nəzər saldıqda görərik ki, heyvanlarla rəhmsiz rəftar hallarına qarşı kifayət qədər boşluqlar var. Xarici ölkələrdə heyvanlara ziyan verməyə görə ciddi cərimə, sanksiya və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub. Türkiyə qanunvericiliyinə görə, heyvanların döyüşdürülməsi ilə əlaqədar iki ilə yaxın həbs nəzərdə tutulub. Azərbaycan İnzibati Xətalar Məcəlləsində heyvanlarla rəhmsiz davranışa görə cərimələr 500 manata qədər müəyyənləşdirilib. Bu, kifayət qədər azdır". 



Xəbəri paylaş

212 dəfə oxunub.

Digər xəbərlər