Saytımızı qiymətləndirin


 
 

Partiya sədrindən şok təklif: "Pensiya yaşı 70-ə qaldırılsın, insanlar işləmək istəyir"
Tarix: 06-05-2022 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Son günlər pensiya yaşının aşağı salınması ilə bağlı müzakirələrin aparıldığını müşahidə edirəm. Təklif edilir ki, pensiya yaşı kişilər üçün 65-dən 60-a, xanımlar üçün isə 55 yaşa endirilsin. Hesab edirəm ki, bu, çox yanlış təklifdir. İnsanlara sərbəstlik verilməlidir, məcburi pensiya insan hüquq və azadlıqlarının pozulması deməkdir.  Əgər bir vətəndaşın əmək qabiliyyəti yerindədirsə və işləmək əzmindədirsə, niyə, nə səbəbdən 55-60 yaşında pensiyaya çıxmalıdır?”

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Gələcək Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

A.Şakiroğlu qeyd edib ki, pensiya yaşı ilə bağlı aşağı yaş senzinin tətbiqi yolverilməzdir: “Əksinə insanlara işləmək üçün şərait yaradılmalı, iş yerlərinin açılması barədə düşünmək lazımdır. Düşünürəm ki, insanların pensiyaya çıxması 2 formatda təmin edilməlidir:

 

- məcburi pensiya yaşı 70-ə qaldırılmalı;

 

- könüllü pensiya yaşı isə 60-a endirilməlidir.

 

Belə olacağı halda, əmək qabiliyyətini qismən və ya tam itirmiş şəxs könüllü olaraq 60 yaşında pensiyaya çıxmalı, əmək qabiliyyətli şəxslərə isə 70 yaşa qədər işləmək üçün şərait yaradılmalıdır. Bu halda dövlətin yükü də azalmış olar, pensiya alan şəxslərin də pensiyalarında ciddi artım təmin olunmuş olar. Şəxsən tanıdığım yüzlərlə 60 yaşdan yuxarı insan var ki, əmək qabiliyyətlərini itirməyiblər, işləmək istəyirlər, amma məcburən pensiyaya göndəriliblər. Niyə? Axı insan işləmək istəyir... İşləmək əzmində olan şəxslərin bu hüququ niyə pozulmalıdır? Hesab edirəm ki, ömrünü dövlətinə, millətinə və xalqına həsr etmiş insanların əmək hüquqlarının pozulması yolverilməzdir…”

 

 



Xəbəri paylaş

257 dəfə oxunub.

Digər xəbərlər