Saytımızı qiymətləndirin


 
 

Heykəltaraşdan 2 min tələb edən polislər CƏZALANDIRILDI
Tarix: 03-02-2022 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Heykəltəraş Rəşid Məhərrəmovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının ondan 2000 tələb etməsi ilə bağlı şikayəti barədə araşdırma başa çatıb. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Oxu.az Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən məlumat əldə edib.

 

Bildirilib ki, xidməti yoxlamanın nəticəsində yol-patrul xidməti əməkdaşları barəsində intizam tənbehi tədbirləri görülüb.

 

Qeyd edək ki, Heykəltəraş Rəşid Məhərrəmov sosial şəbəkə hesabında paylaşım edərək bildirmişdi ki, tanışım olan bir xanımla özlərinə məxsus maşında Xırdalandan qayıdan zaman xanım ona zəng vuraraq halının birdən pisləşdiyini bildirib.

 

Həmin vaxt “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərini saxlayan zaman polis onlara yaxınlaşaraq 2000 manat tələb edib.

 

Onun sözlərinə görə, hadisə yanvarın 22-də baş verib:

 

“Tanışım olan bir xanımla özümüzə məxsus maşında Xırdalandan qayıdırdıq. Bu zaman xanım mənə zəng vuraraq halının birdən pisləşdiyini dedi. Mən də maşını qırağa çəkib saxlamağını istədim. “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərimizi saxladıq. Su götürüb, xanımın maşınına əyləşərək, onu sakitləşdirməyə çalışdım. Maşını 7-8 dəqiqə orada saxlamışdıq.

Düşəndə onun üzündən öpüb, sağollaşdım, maşını asta sürməsini, diqqətli olmasını dedim. Bu zaman 99-YP-687 nömrəli yol patrul maşınından polislər düşərək özlərini təqdim etmədən, üstümə hücum çəkərək, qışqıra-qışqıra qanunsuz işlərlə məşğul olduğumu bildirdilər. Dedilər ki, sən nalayiq işlər görürsən. Baş verənləri danışdım.

Onlardan biri dedi ki, sizi çəkmişəm, dana bilməzsən, telefonumda sübutum var. Qışqırıb sənədləri istədilər. Daha sonra sənədləri ciblərinə qoyub, “Ekologiya” postuna getməyimizi tələb etdilər. Səbəbini soruşduqda, dedi ki, yuxarıdan tapşırıq verilib ki, onların ikisini də gətirin bura. Dedim ki, maşındakı xanımımdır, istəmirəm posta getsin.

Dedi ki, 2000 manat ver, həll edək, nə xanım getsin posta, nə də sən. Xanımın posta getməməsi üçün məcbur qalıb razılaşdım. Dedim, 2000-ə gücüm yoxdur. Sonda 1500 manat tələb etdilər, dedilər haradan istəyirsən tap. Bir saata pulu gətir, sənədləri apar”.

Bundan sonra hadisə müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb.



Xəbəri paylaş

298 dəfə oxunub.

Digər xəbərlər