Saytımızı qiymətləndirin


 
 

Sahil Babayev: “Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb”
Tarix: 06-05-2022 | Saat: 06:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vətəndaşlarla görüşəcək

“Ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunda aparılan, fondun fəaliyyətinin "inzibati yanaşma" modelindən "vətəndaşlara xidmət" modelinə keçidini, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsini, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar da beynəlxalq səviyyədə yüksək dəyərləndirilir:

“Fond bu il ərzində Böyük Britaniyanın "iESE - The Public Sector Transformation" Təşkilatının təşkil etdiyi "Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat" müsabiqəsində iştirak edərək "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu" ali mükafatına, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Bu günlərdə isə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gələrək "Ən yaxşı mütərəqqi təcrübə" mükafatı ilə təltif edilib”.



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər