Tarix: 05-05-2022 | Saat: 14:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Politoloq Qabil Hüseynlinin 3-cü doza vaksindən sonra vəziyyətinin pisləşdiyi ilə bağlı xəbərlər yayılıb.
Qarabaqinfo.az-ın əməkdaşı bununla bağlı politoloqun özü ilə əlaqə saxlayıb, yayılan xəbərlər barədə soruşub.
Q,Hüseynli səhhətilə bağlı bağlı bunları qeyd edib:
“Düzgün yazmırlar. Səhhətimdə irəliləyiş var. Sadəcə olaraq, 3-cü doza vaksin vurdurandan sonra təngnəfəslik yaranmışdı. Nəfəs alanda, danışanda nəfəs darlığı yaranırdı. O da artıq ötüb keçibdir. İndi vəziyyətim yaxşıdır. Allaha çox şükür, günü-gündən yaxşılaşıram. Son iki gündür daha yaxşıyam”.
Xəstəxanada aldığı müalicədən danışan politoloq bunları əlavə edib:
“Xəstəxana da müəyyən qədər kömək oldu. Ancaq əsas evdə müalicə alıram. Yoldaşım özü yaxşı həkimdir. O, müalicə edir. Demək olar ki, artıq ciddi problem yoxdur”.
Digər xəbərlər