Vladimir Putinin “Qiyamət Təyyarəsi” kimi tanınan xüsusi təyyarəsi Moskva səmasında görüntülənib.

Qarabaginfo.az xəbər verir  ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mayın 9-da Qırmızı Meydanda keçiriləcək parad zamanı "IL-80 Maxdome" təyyarəsinin uçuşu gözlənilir.  Belə bir təyyarə sonuncu dəfə 2010-cu ildə paradda iştirak edib.

Ekspertlər hesab edirlər ki, Putin bu yolla Qərbə nüvə silahından istifadə etmək niyyətinin ciddiliyi barədə siqnal göndərir.

Qeyd edək ki, təyyarə mümkün nüvə partlayışının təsirini azaltmaq üçün gücləndirilmiş qanad və gövdə dizaynına malikdir. Bununla yanaşı "IL-80 Maxdome"un xüsusiyyəti - havada yanacaq doldurma qabiliyyətidir.(Unikal)

Putinin "qiyamət günü" təyyarəsi Moskva səmasında göründü / Skrinşot