Saytımızı qiymətləndirin


 
 

Zelinski Rusiya ilə danışıqların uğurla nəticələnəcəyinə inanmır...
Tarix: 04-05-2022 | Saat: 07:13
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Prezidenti Vladimir Zelenski

 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarının uğuruna şübhə edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”-ın ev sahibliyi etdiyi icraçı direktorların iclasında video vasitəsilə danışarkən açıqlama verib.

"Bizim danışıqlarprossesindəki nümayəndə heyyətlərimiz öz səviyyəsində qarşılıqlı fəaliyyət göstərirlər. Onlar liderlərin görüşünün hazırlanmasını müzakirə edirlər. Mən, həqiqətən, belə danışıqlara inanmıram”, - deyə Zeelnski bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlar prosesində irəliləyişi yalnız Rusiya Prezidenti Vladimir Putinin xüsusi müraciətindən sonra gözləmək olar. “Danışıqları davam etdirmək vacibdir, lakin Rusiya Federasiyasının prezidenti hər hansı rəsmi müraciəti imzalamayana və ya heç bir rəsmi müraciət etməyənə qədər mən bu danışıqlarda heç bir perspektiv görmürəm”, - deyə Ukrayna lideri bildirib.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər