Tarix: 03-05-2022 | Saat: 12:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir.
DSX-dan Qarabaginfo.az-a verilən xəbərə görə, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiyyəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaqmalın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə birgə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər