Saytımızı qiymətləndirin


 
 

"Qarabağı hissə-hissə təslim edəcəyik" - Paşinyandan şok açıqlama
Tarix: 14-04-2022 | Saat: 14:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

"Müharibə Şuşaya görə idi".

Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu bu gün Ermənistan parlamentindəki çıxışı zamanı Baş naziri Nikol Paşinyan deyib.

O, 44 günlük müharibədən danışarkən vurğulayıb ki, bununun səbəbi Şuşadır.

Baş nazir qeyd edib:

“Deyirlər ki, müharibəni dayandırardınız. Məgər biz müharibəni dayandırmaq barədə düşünməmişdik? Yaxud deyirlər ki, müharibənin qarşısını alardınız, bəyəm biz onun qarşısını almaq haqda düşünməmişdik? Şuşasız müharibəni dayandırmaq və ya qarşısını almaq qeyri-mümkün idi.

Bu, sadəcə olaraq mümkün deyildi. Mən bunu bir neçə dəfə demişəm. Həlak olan oğullarımız, onlara eşq olsun, bu haqq iş naminə döyüşürdülər. Onlar Qarabağı təslim etməmək tərəfdarı idilər.

Dediyim də Qarabağı təslim etməkdir, çünki başqa yolla getsək, Qarabağı təslim edəcəyik. Fərruxla (Xocalı rayonunun kəndi - red.) bağlı baş verənlər buna örnəkdir, hissə-hissə təslim edəcəyik. Bəsdir bir-birinizi aldatdıq”.



Xəbəri paylaş

248 dəfə oxunub.

Digər xəbərlər