Tarix: 04-03-2025 | Saat: 10:41
Bölmə:Karusel / Təhsil | çapa göndər
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib.
Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
Bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Digər xəbərlər