“Müqavimət” hərəkatının iştirakçıları növbəti dəfə İrəvanın mərkəzində Baqramyan prospektini bağlayıb.

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, əraziyə gələn polis əməkdaşları etirazçıların bir qrupunu yoldan uzaqlaşdırıb, digərləri isə saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.