Saytımızı qiymətləndirin


 
 

Prezident: “Ermənilərə əşyalarını götürmək üçün verdiyimiz vaxtdan dağıdıcılıq üçün istifadə etdilər”
Tarix: 29-04-2022 | Saat: 14:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

 

İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 9 200 meqavat günəş və külək enerjisi potensialı var.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra onlar təəssüf ki, tərk etmələri üçün verilmiş 20 günlük vaxtdan Kəlbəcərin dağıdılmasına istifadə etdilər. Evlər və ağaclarla yanaşı, onlar 30 Su Elektrik Stansiyasını məhv etdilər. Təsəvvür edirsiniz? Onlara əşyalarını götürmək üçün verdiyimiz vaxtdan dağıdıcılıq üçün istifadə etdilər. İndi hər şey sənədləşdirilib. Biz Kəlbəcər və Tərtərdə yenidənqurma işlərinə başlamışıq. Qeyd etdiyim kimi, 20 meqavat artıq istismara verilib. 25 meqavat isə bu il veriləcək. Amma bunlar sadəcə SES-lərdir və orada SES-lər üçün daha çox potensial var. Qarabağda günəş və külək enerjisi üçün biz BP ilə müzakirələrin yekun mərhələsindəyik”, - dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, Cəbrayılda 200 meqavat gücündə günəş enerjisi stansiyasının, Kəlbəcərdə isə beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində 100 meqavat gücündə külək enerjisi stansiyasının istifadəyə verilməsi planlaşdırılıb.



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər