Saytımızı qiymətləndirin


 
 

Prezident: "Şuşanın düşmənə təhvil verilməsi xəyanət idi"
Tarix: 02-02-2022 | Saat: 17:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev: "Şuşanın düşmənə təhvil verilməsi xəyanət idi"

"O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

Dövlət başçısı bildirib ki, Şuşa işğal olunanda, hamımız hesab edirdik ki, bu, müvəqqətidir, bir azdan sonra Şuşa qayıdacaq.

“O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq, Şuşa bizdədir və sair. Ancaq faktiki olaraq Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək, demək olar, mümkün deyildi. Biz o Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir”, - deyə Prezident vurğulayıb.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər