Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

Bu barədə Qarabaginfo.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

"Hal-hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur", - deyə məlumatda bildirilib.