Saytımızı qiymətləndirin


 
 

Çin XİN Baydenə cavab verib: Tayvan məsələsi ölkənin daxili işidir
Tarix: 23-05-2022 | Saat: 13:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Co Bayden

 

Çin Tayvanla bağlı öz milli maraqlarının müdafiəsinə hazırdır.

Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Van Venbin müntəzəm mətbuat konfransı zamanı ABŞ Prezidenti Co Baydenə cavabında deyib.

O bildirib ki, Tayvan məsələsi Çinin daxili işidir və Pekin hər hansı digər ölkənin öz daxili siyasət məsələlərinə müdaxiləsinə imkan verməyəcək.

“Tayvan məsələsi Çinin sırf daxili işidir. Çinin suverenlik və ərazi bütövlüyü kimi əsas maraqlarına toxunan məsələlərdə güzəştə və ya kompromisə yer yoxdur. Heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etməkdə möhkəm əzmini, möhkəm iradəsini və güclü qabiliyyətini az qiymətləndirməməlidir”, - XİN rəsmisi qeyd edib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib ki, ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər