Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama
Tarix: 21-07-2025 | Saat: 08:23
Bölmə:Karusel / Kriminal | çapa göndər
103 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-07-2025 | Saat: 08:23
Bölmə:Karusel / Kriminal | çapa göndər
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun Qarabaginfo.az-a verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.
Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Digər xəbərlər
20-06-2026, 17:54
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
2-11-2020, 10:11
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
8-07-2026, 15:36
Tbilisi hava limanı fəaliyyətini tam bərpa edib
12-01-2026, 22:54
KİV: Əraqçi və Uitkoff İrandakı etiraz aksiyalarını müzakirə edib
10-01-2022, 10:47
Rusiya ordusu Azərbaycan torpağında konsert verir...- Hələ ki...-VİDEO
27-01-2023, 17:44
Polşa səfirliyindən başsağlığı mesajı
31-05-2022, 12:39
Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
15-08-2025, 15:01
İnformasiya və rabitə sektorunun gəlirləri 7%-dən çox artıb


















