Rusiya ordusu Azərbaycan torpağında konsert verir...- Hələ ki...-VİDEO
Tarix: 10-01-2022 | Saat: 10:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1353 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-01-2022 | Saat: 10:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağda 30-dan çox konsert verən hərbi ansambl Xocalı, Xocavənd, Ağdam, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində məskunlaşmış erməniləri də təbrik edib...
“Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı Rusiya sülhməramlı kontingentinin bütün hərbçilərini təbrik etməklə Dağlıq Qarabağa Yeni il qastrol səfərini başa vurub. Yekun konsertlər Stepanakertdə(əslində Xocalı rayonundakı hava limanında-S.L.) Rusiya sülhməramlılarının qərargahının ərazisində keçirilib”.
Qarabaginfo.az moderator.az-a istinadən xəbər verir ki, bu məlumat yanvarın 10-u Moskva vaxtı ilə saat 05:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış xəbərdəndir.
"Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı bu gün Yeni il və Milad bayramları münasibətilə təbriklərini tamamladı. Burada, Dağlıq Qarabağ ərazisində onlar 30-dan çox konsert veriblər. Bu, böyük zəhmətdir. Bütün müşahidə məntəqələrində, eləcə də müştərək Rusiya-Türkiyə mərkəzində və bilavasitə Rusiya sülhməramlı kontingentinin bazasındakı bütün şəxsi heyəti bu komanda təbrik edib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Qaliyev bildirib.
Məlumata görə, Rusiya ordusunun bəhs edilən ansamblı Əsgəran şəhəri, Xocalı, Xocavənd, Ağdam, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində məskunlaşmış bütün erməniləri təbrik edib. Kollektiv həmçinin Xankəndindəki internat məktəbində keçirilən humanitar aksiyaya qatılıb...
P.S. Qazaxıstana artıq açıq təcavüz edən Rusiya ordusu Azərbaycan Respublikasının Qarabağ torpaqlarının xeyli hissəsində hələki konsert verir...
Xəbəri paylaş
Digər xəbərlər
8-04-2022, 21:35
Rusiya MN: Ukraynada 54 hərbi obyekt məhv edilib
1-10-2020, 16:08
Vaqif Dərgahlı: "Bugünkü döyüşlərdə döyüş təyyarəsi və helikopterlər tətbiq olunmayıb"
12-02-2021, 11:46
“Borc var, özü də külli miqdardadır” – Tahir İmanovdan açıqlama
19-07-2025, 12:34
Polad Bülbüloğlunun 1990-cı ildə Qorbaçovla görüşdə qəzəbli çıxışı –"Qarabağda qan su yerinə axır...Niyə qarşısı alınmır?" /VİDEO
5-11-2022, 14:07
Növbəti Brüssel görüşü nə vaxt olacaq?
15-03-2023, 17:23
Erməni zabitlər Zəngəzurda qəzaya düşdü - Yaralılar var
22-10-2024, 17:23
COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
5-09-2024, 12:35
Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki mövqelərimizi atəşə tutub


















