Saytımızı qiymətləndirin


 
 

Ukrayna ilə bağlı keçiriləcək sammitdə Moskvadan nə tələb olunacaq? –Yekun bəyanatını detalları məlum olub
Tarix: 11-06-2024 | Saat: 10:00
Bölmə:Karusel / Region | çapa göndər

İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sammitin yekunlarına dair bəyanatın təfərrüatları məlum olub

Qarabaginfo.az bildirir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

İsveçrənin Bürgenstok şəhərində keçiriləcək Ukraynada münaqişənin həllinə dair konfransın yekunlarına dair birgə bəyanatda bir sıra digər ölkələrin tutduğu mövqeyə görə Rusiyadan qoşunları çıxarmaq tələbi yer almayacaq.

Qeyd olunur ki, İsveçrə konfransının kommünikesində Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi planının 10 müddəasından yalnız üç bəndi yer alacaq. Telekanalın məlumatına görə, bəyanat yalnız atom elektrik stansiyalarının təhlükəsizliyinin və ərzaq təhlükəsizliyinin təmin edilməsi, məhbusların azad edilməsi və ukraynalı uşaqların öz vətənlərinə qaytarılması məsələlərini əhatə edəcək.

Bəyanat layihəsində Rusiyanın gələcək müzakirələrdə iştirakının vacibliyindən də danışılır.

Kiyevin təkid etdiyi Rusiya Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı tezislərin olmaması Asiya və Yaxın Şərqdən bəzi ölkələrin mövqeyi ilə izah edilib. Onlar üçün Rusiya ilə münasibətlər vacibdir.

Xatırladaq ki, prezidentlər və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətinin dəvət olunduğu Ukrayna üzrə konfrans iyunun 15-16-da İsveçrədə keçiriləcək. Rusiya tədbirə dəvət olunmayıb.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər